Bakı. 22 iyun. REPORT.AZ/ "Müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir". "Report" xəbər verir ki, bunu Prezident
Azərbaycan Prezidenti bildirib ki, bu görüşlər artıq ənənəvi xarakter daşıyır: "Xahiş edirəm ki, mənim səmimi salamlarımı və xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri var. İkitərəfli formatda biz gözəl əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən dərinləşir".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müsəlman ölkələri ilə siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələrinin daha da inkişaf etməsində maraqlıdır: "Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirik. Biz bir-birimizi dəstəkləyirik. Xüsusilə
Prezident əlavə edib ki, islam həmrəyliyinin güclənməsi vacibdir: "Ümumiyyətlə, Azərbaycanın mövqeyi bundan ibarətdir ki, islam həmrəyliyi daha da möhkəmlənməli və müsəlman ölkələri bir-birinə daha da böyük dərəcədə dəstək verməlidir. Xüsusilə ölkələrimizi narahat edən məsələlərdə bu dəstəyə daha da böyük ehtiyac var. Biz bu dəstəyi görürük. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyi müsəlman ölkələri tərəfindən dəstəklənir. Həm BMT-də müsəlman ölkələrinin mütləq əksəriyyəti bizim mövqeyimizi dəstəkləyir. İslam Əməkdaşlıq Təşkilatı isə dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul edib. Bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha öz təşəkkürümü bildirmək istəyirəm".
İ.Əliyev həmçinin xatırladıb ki, keçən bayramdan ötən dövr ərzində Azərbaycanın həyatında çox əlamətdar hadisələr baş verib: "Bakıda ölkəmizin ən böyük məscidi - Heydər məscidi tikilib istifadəyə verilib. Azərbaycan dövləti öz tarixi keçmişinə, tarixi abidələrinə çox böyük diqqətlə yanaşır. Bizim bütün tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunub. Bizim qədim və müasir dini abidələrimiz bütün müsəlman aləminin sərvətidir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı məscidi Azərbaycanda yerləşir, 743-cü ildə tikilib. O, bir memarlıq əsəridir və dünyanın ən yeni tikilmiş məscidlərindən biri olan Heydər məscidi 2014-cü ildə Bakıda tikilmişdir. Bu məscid də gözəl memarlığa malik olan bir sənət əsəridir. Yəni bu, bir daha öz ölkəmizin keçmişinə, xalqımızın öz dininə olan hörmətini əks etdirir, biz bundan sonra da çalışacağıq ki, müsəlman ölkələri arasındakı həmrəyliyi gücləndirək. İki ildən sonra Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Əminəm ki, bu oyunlar bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirəcəkdir".