Azərbaycanda elektron siqaretlər qadağan olunub
Daxili siyasət
- 13 mart, 2026
- 18:24
Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşib.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun 2026-cı il aprelin 1-dən qüvvəyə minəcək.
Son xəbərlər
09:08
UEFA Avropa Liqasında bu gün yarımfinalçılar bəlli olacaq
Futbol09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.04.2026)
Maliyyə09:00
Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır
Fərdi09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.04.2026)
Maliyyə08:57
Papua-Yeni Qvineyada baş verən torpaq sürüşməsində 10 nəfər ölüb
Digər08:53
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
İnfrastruktur08:46
"A Haber": Türkiyədə məktəbdə baş verən atışmada müəllimə uşaqları qoruyan zamanı ölüb
Region08:41
BBC hər 10-cu işçini ixtisar etməyi planlaşdırır
Digər ölkələr08:37