“Qanundan və onun müəyyənləşdirdiyi çərçivədən kənar hansısa şəxsi və ya keyfi qərarlar varsa, əlbəttə ki, ləğv olunmalıdır”.
“Report”un xəbərinə görə, bu fikirləri “Real TV”yə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
“Lakin qadağalar qanun çərçivəsindədirsə, buna qadağa demək düzgün deyil. Bu, qanunun tələbləridir və icra olunmalıdır”, - o vurğulayıb.