Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb 

Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.
Daxili siyasət
7 İyun , 2023 21:24
Naxçıvanda normativ hüquqi aktların hüquqi ekspertizasının aparılması üzrə komissiya yaradılıb 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə Komissiyanın yaradılması haqqında Sərəncam imzalayıb.

"Report"un yerli bürosunun məlumatına görə, Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası normativ hüquqi aktlarının hüquqi ekspertizasının aparılması üzrə aşağıdakı tərkibdə ictimai əsaslarla fəaliyyət göstərən Komissiya yaradılır.

Komissiyanın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri.

Komissiyanın üzvləri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdirinin müavini,

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi,

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri,

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi.

Komissiya normativ hüquqi aktların ekspertizasını həyata keçirib ləğv və ya dəyişikliklər edilməsi təklif olunan aktlarla bağlı təkliflərini Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi