Mübariz İbrahimovun doğum günü adını daşıdığı liseydə qeyd edilib 

Daxili siyasət
  • 07 fevral, 2023
  • 15:45
Mübariz İbrahimovun doğum günü adını daşıdığı liseydə qeyd edilib 

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Milli Qəhrəmanın timsalında bütün şəhidlər bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Kompleksdə hər il fevralın 7-də ənənəvi şəkildə təşkil olunan liseydə təhsil almağa başlamış yeni şagirdlərin andiçmə mərasimi təqdim olunub.

Daha sonra tədbir çıxışlarla davam etdirilib. Çıxış edənlər Milli Qəhrəmandan bəhs ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

44 - Tezliklə