Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib Üç qanuna dəyişiklik müzakirə olunub
Daxili siyasət
16 Noyabr , 2016 13:16
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib

Bakı. 16 noyabr. REPORT.AZ/ Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında" və "Hidrometerologiya fəaliyyəti haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.

"Hidrometerologiya fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırkı qanunvericiliyə əsasən belə mübahisəli məsələlər yalnız məhkəmə qaydasında həll edilir.

"Ailə kəndli təsərrüfatı haqqında" qanuna təklif olunan dəyişikliyə görə isə ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanın təklifi əsasında dəyişdiriləcək.

“Atçılıq haqqında” qanun layihəsinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyıb.

Hər üç layihə parlamentin plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi