Kamran Əliyev: “İtkin düşən şəxslərin axtarışları antiterror tədbirlərindən sonra daha da genişləndirilib” 

Kamran Əliyev: “İtkin düşən şəxslərin axtarışları antiterror tədbirlərindən sonra daha da genişləndirilib”  “Lokal xarakterli antiterror tədbirlərindən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin axtarışları daha da genişləndirilib”.
Daxili siyasət
23 Oktyabr , 2023 19:28
Kamran Əliyev: “İtkin düşən şəxslərin axtarışları antiterror tədbirlərindən sonra daha da genişləndirilib” 

“Lokal xarakterli antiterror tədbirlərindən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin axtarışları daha da genişləndirilib”.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, itkin düşənlərin axtarışı davam edir: “Hazırda bu istiqamətdə işlər gedir”.

Baş prokuror vurğulayıb ki, Azərbaycan əvvəllər dəfələrlə Ermənistan rəhbərliyindən itkin düşən şəxslərin kütləvi formada dəfn edildiyi yerlərin xəritəsini tələb edib:

“Lakin onlar xəritələri vermirdilər, ya da səhv xəritələr verirdilər. İndi həmin ərazilər işğaldan tam azad olunub. Artıq aidiyyəti üzrə dövlət qurumları və Hərbi Prokurorluq itkin düşənlərin axtarışı üzərində işləyir”, - K.Əliyev söyləyib.

Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərində işgüzar səfərdədir.

Son xəbərlər

Orphus sistemi