2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib.
"Report" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib.
Cədvəli təqdim edirik:
15 yanvar 2024-cü il
Televiziyada “Dəyirmi masa” formatında
Həftənin günləri |
Efirəçıxma tarixi |
Efirəçıxma vaxtı |
Bazar ertəsi, çərşənbə və cümə |
15.01.2024 |
21.00 |
17.01.2024 |
||
19.01.2024 |
||
22.01.2024 |
||
24.01.2024 |
||
26.01.2024 |
||
29.01.2024 |
||
31.01.2024 |
||
02.02.2024 |
||
05.02.2024 |
Radioda “Dəyirmi masa” formatında
Həftənin günləri |
Efirəçıxma tarixi |
Efirəçıxma vaxtı |
Çərşənbə axşamı, cümə axşamı və şənbə |
16.01.2024 |
21.00 |
18.01.2024 |
||
20.01.2024 |
||
23.01.2024 |
||
25.01.2024 |
||
27.01.2024 |
||
30.01.2024 |
||
01.02.2024 |
||
03.02.2024 |
Ayrılmış efir vaxtı istifadəçilərinin masa ətrafında yerləşdirilməsi və aparıcı tərəfindən “Dəyirmi masa”nın aparılma ardıcıllığı
Namizədin soyadı, adı, atasının adı |
Aparıcıdan |
|
sağda |
solda |
|
1. Oruc Zahid Məhərrəm oğlu |
1 |
|
2. Mustafa Fazil Qəzənfər oğlu |
2 |
|
3. Əliyev İlham Heydər oğlu |
3 |
|
4. Musayev Elşad Nəbi oğlu |
4 |
|
5. Həsənquliyev Qüdrət Müzəffər oğlu |
5 |
|
6. Nurullayev Razi Qulaməli oğlu |
6 |
|
7. Əliyev Fuad Ağasi oğlu |
7 |
İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək.
Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq.
İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmiş qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.
Onun sözlərinə görə, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul edilib: “İctimai Televiziya namizədlərə qatıldığı "Diqqət Mərkəzi Seçki" verilişi və sosial platformalar vasitəsilə seçki prosesində ödənişsiz təşviqat məsələlərinə öz dəstəyini verəcək”.
R.Qasımov bildirib ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. Format dəyirmi masa şəklində olacaq.
İTV-də və İctimai Radioda çıxışlar saat 21:00-da başlayacaq.
Püşkatmanın nəticələri aşağıdakı kimidir:
1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,
2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.