Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyatı qaydası təsdiqlənib

Daxili siyasət
  • 16 yanvar, 2024
  • 12:15
Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyatı qaydası təsdiqlənib

“Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı Qaydası” təsdiq edilib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Qayda “Baytarlıq haqqında”qanuna uyğun olaraq hazırlanıb və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı qaydasını müəyyən edir.

Qərarda heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq qanunvericiliyinin tələblərinə uyğunluğunun uçotunu aparmaq üçün onların qeydiyyatı qaydasının müəyyən edilməsi nəzərdə tutulur.

Qərarın qəbulu ilə ölkə ərazisində heyvanlar üçün bioloji preparatların istehsalı mərhələsində onların keyfiyyətinə nəzarətin və həmin sahədə fəaliyyət göstərəcək obyektlərin uçotunun aparılmasına imkan yaranacaq.

Qayda ilə BURADAN tanış olmaq mümkündür.

44 filmi