Fövqəladə hallar naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Ağcabədidə vətəndaşları qəbul edəcək Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq
Daxili siyasət
15 Mart , 2016 15:56
Fövqəladə hallar naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

Bakı. 15 mart. REPORT.AZ/ Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş martın 17-də Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-da olacaq.

Qəbulda yalnız Ağcabədi, Beyləqan, Füzuli, Xocavəndrayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünləriştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Ağcabədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyliprospekti) 16 mart 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi