Əqli Mülkiyyət Agentliyi “Heydər Əliyev ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb

Əqli Mülkiyyət Agentliyi “Heydər Əliyev ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən keçiriləcək tədbirlərin təqvim planı hazırlanıb.
Daxili siyasət
17 Fevral , 2023 14:48
Əqli Mülkiyyət Agentliyi “Heydər Əliyev ili” ilə əlaqədar tədbirlər planı hazırlayıb

“Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər Planı” çərçivəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən keçiriləcək tədbirlərin təqvim planı hazırlanıb.

Bu barədə "Report"a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Təqvim planına uyğun olaraq ulu öndərin həyat və fəaliyyəti ilə bağlı silsilə tədbirlər nəzərdə tutulub.

Bildirilib ki, agentlik “Heydər Əliyev Azərbaycanın əqli mülkiyyət sisteminin müəllifi və yaradıcısıdır” adlı kitab çap edib. Nəşr müxtəlif illərdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunan tədbirlərdə edilən çıxışlar əsasında hazırlanıb.

Qeyd olunub ki, agentlik ümummilli liderin həyat və fəaliyyətinin təbliğatı və bu sahənin inkişafına verdiyi töhfələrin ictimaiyyətə çatdırılması istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutub. Bu hədəflərdən biri də agentliyin saytında (copat.gov.az) “Heydər Əliyev-100. Ziyalı sözü” rubrikası kimi nəzərdə tutulub. Rubrika ilin sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi