Efiopiyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Daxili siyasət
  • 04 iyun, 2018
  • 10:34
Efiopiyanın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. 4 iyun. REPORT.AZ/ Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Şübhəsiz ki, Sizin yenidən Prezident seçilməyiniz qardaş ölkələrimiz arasında ikitərəfli münasibətləri daha da gücləndirəcək.

Mən Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram."