Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
Daxili siyasət
- 02 dekabr, 2025
- 15:04
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 2-də İmişli rayonunda vətəndaşları qəbul edib.
"Report" xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Qəbul zamanı Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmaların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə işinin genişləndirilməsi, dini icmanın kitablarla təmin edilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Son xəbərlər
07:28
Foto
Laçına, Xocavəndin Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb
Daxili siyasət07:04
Qırmızı Bazar sakini: Şəhidlərimizin sayəsində bu gün öz evimizə qayıdırıq
Daxili siyasət06:52
Çinin XİN başçısı Qəzzanın idarə edilməsində Fələstinin aparıcı rolunu dəstəkləyib
Digər ölkələr06:45
Foto
Laçına qayıdan keçmiş məcburi köçkün: Bundan böyük sevinc ola bilməz
Daxili siyasət06:37
Şəhidin doğma yurda qayıdan həyat yoldaşı: Bu gün özümlə böyük bir sevinc aparıram
Daxili siyasət06:04
Türkiyənin Hatay vilayətində 4 maqnitudalı zəlzələ olub
Region05:46
Sidneydə matəm səbəbindən Milad tədbirlərinin bir hissəsi ləğv edilib
Digər ölkələr05:27
Foto
İstanbulda zəncirvari qəza baş verib, xəsarət alanlar var
Region04:56