“Deyirdilər ki, ermənilər Göyçə gölü tərəfdən gəlib sizi qıracaq” - Qərbi Azərbaycan Xronikası

“Deyirdilər ki, ermənilər Göyçə gölü tərəfdən gəlib sizi qıracaq” - Qərbi Azərbaycan Xronikası “Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət
21 İyun , 2024 23:30
“Deyirdilər ki, ermənilər Göyçə gölü tərəfdən gəlib sizi qıracaq” - Qərbi Azərbaycan Xronikası

“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - Qərbi Azərbaycan Xronikası

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Ermənilər 1988-ci ildə bizə çox qəzəbli baxır, təzyiqlər göstərirdilər” adlı veriliş Qaraqoyunlu dərəsinin, Çəmbərək rayonunun Əmirxeyir kənd sakini Məmməd Qələndərlinin həyat hekayəsinə həsr olunub.

O, doğulduğu kənd haqqında təəssüratlarını bölüşüb, yaylağa çıxdıqlarını, Göyçə gölündə çimib balıq tutduqlarını, uşaqlıq illəri, eləcə də institut illərində imtahandan sonra dincəlmək üçün kəndə qayıtması ilə bağlı xatirələrini danışıb.

Onun sözlərinə görə, 1988-ci ildə erməni faşizminə görə doğma yurddan deportasiya olunublar: “1988-ci ildə ermənilər bizə çox qəzəbli baxırdılar, bizə təzyiqlər başlamışdı. Gecələr kəndin sakinləri hamısı bir evə toplaşar, of tüfəngləri ilə növbə çəkərdik. Dekabrın 7-də Şəmkir rayonunun Barun-Barsum kəndindən ermənilər artıq Əmirxeyir kəndinə doluşurdular və bizi zorla qovurdular. Bizi yük maşınlarına doldurub zorla deportasiya elədilər. Rus əsgərləri deyirdilər ki, artıq getməlisiniz, sizin burada qalmağınız mümkün deyil. Camaat Çəmbərək rayonu ərazisindən Gədəbəy rayonuna gəldilər və oradan da Azərbaycanın müxtəlif bölgələrinə səpələndilər. Biz yalnız vacib olan sənədləri, əşyaları götürə bildik. Anam quyudan kartofumuzu çıxaranda erməni “haxçığı” əlindən aldı. Ermənilər azərbaycanlıların qaz və hind toyuğunu 50 qəpiyə alırdılar. İmkan vermədi ki, özümüzlə 2-3 günlük ərzaq götürək”.

Bizim kəndimizdə gözəl yerlər, məkanlar var idi. Gözəl adlarla, tarixi adlarla həqiqətən bilinirdi ki, bu kənddə oğuz türkləri yaşayıb, türklər yaşayıb. Onların ermənilərə heç bir aidiyyəti yox idi.

M.Qələndərli deyib ki, 1897-ci ildə də ermənilər Əmirxeyirdə vəhşiliklər törədiblər: “Qaraqoyunlu camaatı 1897-ci ildə məcburən Türkiyənin Amasiya, Merzifon, Tokat vilayətlərinə qaçıb. Babamgil 6 qardaş olub və erməni vəhşiliklərinə görə məcburən Türkiyəyə sığınıblar. Qaraqoyunlu dərəsindən gedənlər indi Türkiyədə xəngəl şənliyi keçirilər”.

Əmirxeyir kənd sakini atasının Vətən həsrətinə dözə bilmədiyi üçün dünyasını dəyişdiyini, 35 il keçməsinə baxmayaraq kəndə qayıtmaq üçün canfəşanlıq göstərdiklərini söyləyib: “Biz Qaraqoyunlu dərəsinə qayıtmaq uğrunda mübarizəyə qoşulmuşuq. Doğma torpağa qayıtmaq uğrunda axıra qədər mübarizə aparacağıq. Dədə-babalarımızın qəbirləri olan yerə mütləq qayıdacağıq. Bizim kənddə dədə-babalarımızın qəbirləri qalıb və bizim ora qayıtmağımız mütləqdir. İnanıram ki, tez bir vaxta Əmirxeyir kəndinə qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 21-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Son xəbərlər

Orphus sistemi