Deputat: "Prezident İlham Əliyev Araz çayının kənarında tarixi bəyanatlar verdi"

Deputat: "Prezident İlham Əliyev Araz çayının kənarında tarixi bəyanatlar verdi" "44 günlük Vətən müharibəsində və müharibədən sonra Prezidentin apardığı siyasət onun region üçün sülhpərvər şəxsiyyət olduğunu bir daha sübut edir".
Daxili siyasət
206
6 Oktyabr , 2021 15:56
Deputat: Prezident İlham Əliyev Araz çayının kənarında tarixi bəyanatlar verdi
İlham Əliyev

"44 günlük Vətən müharibəsində və müharibədən sonra Prezident İlham Əliyevin apardığı siyasət onun region üçün sülhpərvər şəxsiyyət olduğunu bir daha sübut edir".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

O bildirib ki, bu gün Cənubi Qafqazda işğala son qoyulması Azərbaycan Prezidentinin tutduğu mövqenin nəticəsidir: "Azərbaycan xalqı fəxr edir ki, onun belə güclü lideri var. Cəbrayılda təməlqoyma mərasimlərinin məhz bu şəhərin işğaldan azad olunduğu günə təsadüf etməsinin öz tarixi əhəmiyyəti var. Azərbaycan həm hərbi, diplomatik gücü ilə torpaqlarını işğaldan azad edib, həm də iqtisadi gücü sayəsində bu yerlərdə quruculuq işlərinə başlamağı bacarıb. Biz 2016-cı ildə Lələtəpə yüksəkliyini işğaldan azad edəndə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyatı bərpa etmiş və öz ata-baba ocaqlarından didərgin düşmüş məcburi köçkünləri evlərinə qaytara bilmişdik".

Mahir Abbaszadə
Mahir Abbaszadə

M.Abbaszadə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda yeni yaranmış iqtisadi rayonlar içərisində Şərqi Zəngəzur İqtisadi Rayonunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu bir yandan tarixi ədalətin bərpa olunması kimi qiymətləndirilirsə, digər yandan da gələcəkdə burada yaşayacaq insanların sosial rifahını yaxşılaşdırmaq nöqteyi-nəzərdən mühüm əhəmiyyət daşıyır. Cəbrayıl rayonu da Şərqi Zəngəzur rayonlarına daxil olduğu üçün burada sənayə parklarının yaradılması mühümdür. Həmçinin Cəbrayıl şəhəri müharibənin əvvəlində ilk azad olunan rayon mərkəzlərindən biri olduğundan təməlqoyma mərasimlərinin buradan başlanması tarixi bir hadisədir. Cəbrayıl rayonunun sərhəd rayon olduğunu nəzərə alaraq bu addımı həm də siyasi cəhətdən yüksək qiymətləndirmək olar. Prezidentin Araz çayı kənarında verdiyi bəyanatlar tarixi bəyanatlardır. Zamanı gələndə biz bu ifadələrin nə qədər tarixi əhəmiyyət daşıdığının şahidi olacağıq. Prezidentin mövqeyi nəticəsində Azərbaycan bir daha sübut etdi ki, müasir dövrdə özgə torpaqda separatçı rejim qurmaq qeyri-mümkündür. Azərbaycan onu da göstərir ki, bölgəyə davamlı sülhün gəlməsində maraqlıdır. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərdə yeni şəhərlərin, məktəblərin, xəstəxanaların təməlini qoyması, hərbi hissələrin, yeni strukturların və obyektlərin yaradılması bunu bir daha sübut edir".

Son xəbərlər

Orphus sistemi