Daxili İşlər Nazirliyində sahibkarlar üçün yeni "Qaynar xətt" yaradılıb

Daxili İşlər Nazirliyində sahibkarlar üçün yeni "Qaynar xətt" yaradılıb Polis müdaxiləsi ilə üzləşən sahibkarlar nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verə bilərlər
Daxili siyasət
31 Oktyabr , 2015 15:07
Daxili İşlər Nazirliyində sahibkarlar üçün yeni Qaynar xətt yaradılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) sahibkarlara müraciət edib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DİN "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunu, onun tətbiqi və sahibkarlıq sahəsində dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə Prezident İlham Əliyevin 2015-ci il 26 oktyabr tarixli fərmanı rəhbər tutularaq həmin normativ hüquqi aktlardan irəli gələn tələblərin icrası, o cümlədən aidiyyəti üzrə daxil olan müvafiq məlumatların araşdırılması və zəruri tədbirlərin görülməsini davam etdirir: "Bununla əlaqədar, daxili işlər orqanlarının əməkdaşları tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə biznes strukturlarının, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi və qanuni sahibkarlıq fəaliyyətinə mane olma halları barədə dərhal nazirliyin 1002 nömrəli "Qaynar xətt"inə məlumat verilməsi xahiş olunur". 

Son xəbərlər

Orphus sistemi