Laçında məskunlaşan daha 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Laçında məskunlaşan daha 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
Daxili siyasət
16 Oktyabr , 2023 20:05
Laçında məskunlaşan daha 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.

"Report" xəbər verir ki, Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96 laçınlının yurd həsrəti bitib.

Laçına qədəm qoyan ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də iştirak ediblər.

Ailələr evlərinin açarlarını böyük sevinc hissi ilə təhvil alıblar.

Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.

06:41

Bu gün daha 96 keçmiş məcburi köçkün Laçın şəhərinə yola düşüb.

“Report” xəbər verir ki, oktyabrın 16-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 25 ailə – 96 nəfər köçürülür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 272 ailə, yəni 1 052 nəfərin daimi məskunlaşması təmin edilib.

Son xəbərlər

Orphus sistemi