Biləsuvarda şəhid Zöhrab Kərimov dəfn edilib 

Daxili siyasət
  • 15 sentyabr, 2022
  • 16:55
Biləsuvarda şəhid Zöhrab Kərimov dəfn edilib 

Biləsuvar şəhərində şəhid əsgər Kərimov Zöhrab Azad oğlu dəfn olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, əvvəlcə 2003-cü il təvəllüdlü şəhid Z.Kərimovla yaşadığı evində vida mərasimi keçirilib.

Daha sonra şəhid böyük izdihamla Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.