Azərbaycanda siyasi partiyalar üçün fəaliyyət istiqamətləri müəyyənləşib.
"Report" xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Siyasi partiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- ölkənin siyasi həyatında iştirak edir;
- vətəndaşların siyasi iradəsinin, həmçinin ictimai rəyin formalaşmasına təsir göstərir;
- vətəndaşlar arasında siyasi maarifləndirmə işi aparır;
- ümummilli dəyərləri və vətənpərvərliyi təbliğ edir;
- üzvlərinin siyasi fəallığına dəstək verir;
- üzvlərinin siyasi iradəsini ifadə edir;
- seçkilərin, həmçinin ümumxalq səsverməsinin (referendumun) keçirilməsində iştirak edir;
- müxtəlif məsələlər ilə bağlı rəy və təkliflərini təqdim etməklə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin formalaşmasına təsir göstərir.