Azərbaycanda minimum aylıq əməkhaqqı 10,5 faiz artırılıb
Daxili siyasət
- 21 yanvar, 2017
- 09:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 31 avqust tarixli 3112 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 992) 1-ci hissəsi ləğv edilib.
Bu, minimum əməkhaqqının 11 manat (10,5 faiz) artımı deməkdir.
Xatırladaq ki, indiyədək minimum əməkhaqqı 105 manat olub.
В Азербайджане минимальная заработная плата повышена на 10,5 процентов
Minimum monthly wage increased by 10.5 % in Azerbaijan
Son xəbərlər
02:00
UEFA Konfrans Liqasında IV turun oyunları keçirilib
Futbol
01:58
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib
Futbol
01:35
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
Digər ölkələr
01:14
CEV Çempionlar Liqası: "Xilasedici" III təsnifat mərhələsinin cavab oyununda uduzub
Komanda
01:07
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
Digər ölkələr
00:37
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
Digər ölkələr
00:06
Şeynbaum Meksika sahilindəki raket qalıqlarına görə "SpaceX"i sanksiyalarla hədələyib
Digər ölkələr
23:40
"France-Presse" Agentliyi kiberhücuma məruz qalıb
Digər ölkələr
23:31
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
Region