Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib
Daxili siyasət
- 28 dekabr, 2024
- 06:47
Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, 2024-cü ildə 200-dən çox vəkilin intizam işinə baxılıb:
"76 vəkil intizam tənbehi alıb, 17 nəfər vəkillikdən xaric olunub, 41 nəfərə xəbərdarlıq edilib. Biz bu məsələyə çox humanist yanaşırıq. Hansısa vəkil barəsində intizam tədbiri görəndə çox narahat oluruq.
Biz öz əməllərimizə qiymət verməliyik, vəkillər öz səhvlərini başa düşməlidirlər. Ümid edirəm ki, bu iş getdikcə daha da yaxşılaşacaq. Bir il ərzində 916 nəfər vəkilliyə sənəd verib, onlardan 364-ü uğur qazanıb. Bizim imtahanlar çox çətindir".
Son xəbərlər
14:00
Azərbaycanda mobil cihazların bazar payı avqustda 17 %-dən çox azalıb
İKT13:58
Foto
Azərbaycanlı jurnalistlər İsrail-Livan sərhədində olublar
Digər ölkələr13:55
"Sabah"ın prezidenti: "Valdas Dambrauskasın bu uğurun qazanılmasında çox böyük rolu var"
Futbol13:54
İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir
Xarici siyasət13:52
Səudiyyə Ərəbistanına məxsus tankerə hücum edilib, iki dənizçi həlak olub
Digər ölkələr13:51
Azərbaycan və Qırğızıstan arasındakı statistika sahəsində əməkdaşlıq memorandumu təsdiq edilib
Xarici siyasət13:50
Foto
İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib
Xarici siyasət13:45
İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
Hərbi13:45