Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib
Daxili siyasət
- 28 dekabr, 2024
- 06:47
Azərbaycanda bu il 17 nəfər vəkillikdən xaric edilib.
"Report" xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, 2024-cü ildə 200-dən çox vəkilin intizam işinə baxılıb:
"76 vəkil intizam tənbehi alıb, 17 nəfər vəkillikdən xaric olunub, 41 nəfərə xəbərdarlıq edilib. Biz bu məsələyə çox humanist yanaşırıq. Hansısa vəkil barəsində intizam tədbiri görəndə çox narahat oluruq.
Biz öz əməllərimizə qiymət verməliyik, vəkillər öz səhvlərini başa düşməlidirlər. Ümid edirəm ki, bu iş getdikcə daha da yaxşılaşacaq. Bir il ərzində 916 nəfər vəkilliyə sənəd verib, onlardan 364-ü uğur qazanıb. Bizim imtahanlar çox çətindir".
Son xəbərlər
09:53
Edin Ceko "Şalke 04" ilə müqaviləsinin müddətini uzadıb
Futbol09:46
Netanyahu: Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var
Digər ölkələr09:45
DSMF: İyulda 152 minə yaxın şəxs xüsusi şərtlərlə əmək pensiyası alıb
Maliyyə09:37
Cənubi Koreyada istilər səbəbindən 16 nəfər ölüb
Digər ölkələr09:35
Leninqrad vilayətində PUA hücumu nəticəsində logistika obyekti yanıb
Region09:32
Vozinya Çilinin "Kolo-Kolo" klubu ilə müqavilə bağlayıb
Futbol09:25
Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb
Energetika09:21
Video
Ağdamda əkin sahələrini qəsdən yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Hadisə09:16