​Azərbaycan və Rusiya I Avropa Oyunları zamanı təhlükəsizlik tədbirlərini müzakirə edib

​Azərbaycan və Rusiya I Avropa Oyunları zamanı təhlükəsizlik tədbirlərini müzakirə edib Müzakirələr Eldar Mahmudov və Nikolay Patruşev arasında baş tutub
Daxili siyasət
12 May , 2015 06:53
​Azərbaycan və Rusiya I Avropa Oyunları zamanı təhlükəsizlik tədbirlərini müzakirə edib

Bakı. 12 may. REPORT.AZ/ Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, tərəflər, həmçinin gələcəkdə mütərəqqi və hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını ifadə ediblər.

Patruşev işgüzar səfəri zamanı Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov ilə də görüşüb.

"Həmsöhbətlər terrorçuluq və ekstremizmlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən I Avropa Oyunları çərçivəsində kütləvi tədbirlərin keçirilməsi zamanı təhlükəsizlik tədbirlərini müzakirə ediblər", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi