​Azərbaycan prezidenti: Avropanın bəzi ölkələri Yunanıstanı alçaldırlar

​Azərbaycan prezidenti: Avropanın bəzi ölkələri Yunanıstanı alçaldırlar "Bax, budur, bugünkü reallıqlar"
Daxili siyasət
14 İyul , 2015 01:06
​Azərbaycan prezidenti: Avropanın bəzi ölkələri Yunanıstanı alçaldırlar

Bakı. 14 İyul. REPORT.AZ/ "Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar".

"Report"un məlumatına görə, bu sözləri prezident İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

"Belə bir mənzərə yaranıb. Yunanıstan böhranı hələ ki, davam edir. Hələ ki, heç bir nəticə əldə edilməyib. Əlbəttə, biz bilirik ki, vaxtilə Yunanıstanda müəyyən səhvlər buraxılıb və həddindən artıq borclanma gedib. Bunun da səbəbi yəqin ondan ibarətdir ki, siyasətçilər öz işlərinə o qədər də məsuliyyətlə yanaşmırdılar. Mən həmişə demişəm və bu gün də deyirəm, Azərbaycanda xarici dövlət borcu minimum səviyyədə olmalıdır, hazırda təqribən 10-11 faiz civarındadır. Biz onu daha da aşağı salmalıyıq. Biz borc götürə bilərik. Ancaq bu, bizə lazım deyil. Sabah bu, bizə problem yarada bilər", - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev bildirib ki, "ona görə Yunanıstanla bağlı vəziyyət əlbəttə ki, bu səbəblərdən qaynaqlanır və eyni zamanda, biz görürük ki, Avropanın bəzi ölkələri, xüsusilə özləri üçün xüsusi yer əldə etmək istəyən ölkələr Yunanıstanı, sadəcə olaraq, alçaldırlar. Xalqı, dövləti alçaldırlar. Bax, budur, bugünkü reallıqlar.

Son xəbərlər

Orphus sistemi