Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Zaqatala rayon sakinləri dəfn edilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Carayev Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim Süleyman oğlu və 1981-ci il təvəllüdlü Ceerov Xizri İsa oğlu, rayonun Höytala kənd sakini 1966-cı il təvəllüdlü İgidova Nərminə Salah qızı və Maqov kənd sakini 1996-cı il təvəllüdlü Kostiyev İbrahimxəlil Makkaşərif oğlu Danaçı, Höytala və Maqov kənd qəbiristanlıqlarında dəfn olunublar.
Dəfn mərasimlərində onların doğmaları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan beş nəfərin nəşi Zaqatala rayonuna gətirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qəzada həlak olan Zaqatala rayon Danaçı kənd sakinləri - 1977-ci il təvəllüdlü Carayev Arif Əsəbəli oğlu, 1990-cı il təvəllüdlü Carayev Hacıibrahim Süleyman oğlu və 1981-ci il təvəllüdlü Ceerov Xizri İsa oğlunun, Höytala kənd sakini, 1966-cı il təvəllüdlü İgidova Nərminə Salah qızı və Maqov kənd sakini 1996-cı il təvəllüdlü Kostiyev İbrahimxəlil Makkaşərif oğlunun nəşi bu gün səhər saatlarında ailələrinə təhvil verilib.
Xatırladaq ki, Aktauda qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən 10 nəfəri Zaqatala rayon sakini olub, onlardan 5-i qəza zamanı həyatını itirib.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.