Avropa Komissiyasının rəhbəri: Ukrayna Avropa İttifaqına üzv olacaq

Avropa Komissiyasının rəhbəri: Ukrayna Avropa İttifaqına üzv olacaq Ukrayna Avropa Birliyinə daxil olmalıdır.
Region
28 Fevral , 2022 07:29
Avropa Komissiyasının rəhbəri: Ukrayna Avropa İttifaqına üzv olacaq

Ukrayna Avropa İttifaqına daxil olmalıdır.

“Report” xəbər verir ki, bunu “Euronews” telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Müxbirin Avropanın hər yerində on minlərlə insanın küçələrə çıxaraq Ukraynanın Avropa İttifaqına qəbul olunmasını tələb edərək ona dəstək ifadə etməsinə Aİ-nin necə reaksiya verməsi ilə bağlı sualına fon der Leyen belə deyib:

"Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa İttifaqına görmək istəyirik”.

Son xəbərlər

Orphus sistemi