Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası başa çatıb.
Daxili siyasət
23 Fevral , 2024 15:55
Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası başa çatıb, Bakı Bəyannaməsi qəbul edilib

Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası başa çatıb.

"Report" xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edib.

Plenar sessiyanın ikinci günündə APA-nın daimi komitələrinin hesabat məruzələri dinlənilib. Sonra Bəhreyn, İraq, Qətər, Rusiya Azərbaycanın sədrlik etdiyi APA-nın 2024-cü il üçün sədr müavinləri qismində seçilib.

Daha sonra Ərəb Parlamentləri Baş Katibləri Assosiasiyasının (ASGAP) APA-ya müşahidəçi statusu məsələsinə baxılıb.

Sessiyasının sonunda Bakı Bəyannaməsi və Assambleyanın yekun hesabatı qəbul edilib.

Son xəbərlər

Orphus sistemi