Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib

Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilib
Daxili siyasət
235
13 Dekabr , 2017 10:51
Artur Rasi-zadənin köməkçilərinin sayı 7-dən 3-ə endirilib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycan Baş nazirinin köməkçilərinin sayı azaldılıb.

“Report”un xəbərinə görə, bununla bağlı Baş nazir Artur Rasi-zadə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının strukturunun ştat cədvəli”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliyə əsasən, Baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib.

Bundan başqa, Baş nazirin birinci müavininin köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb. Ştat cədvəlinin “Baş nazirin birinci müavininin xidməti” bölməsinə isə 4 baş məsləhətçi ştatı əlavə edilib. Nazirlər Kabinetinin Hüquq şöbəsində də aparıcı məsləhətçi ştatı yaradılıb. 

Dəyişikliyə əsasən, Normativ hüquqi aktların sistemləşdirilməsi və arxiv işi üzrə sektor şöbəsində böyük məsləhətçilərin sayı 1-dən 2-yə, məsləhətçilərin də sayı 1-dən 2-yə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi