Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib – YENİLƏNİB

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib – YENİLƏNİB Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.
Daxili siyasət
24 May , 2024 13:48
Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidov dəfn edilib – YENİLƏNİB

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovla Ağsu rayonunun Kalva kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Kalva kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Ağsu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:10

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb.

V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunacaq.

Son xəbərlər

Orphus sistemi