Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
Qarabağ
- 14 iyul, 2020
- 12:36
Moldova Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqədar bəyanat yayıb.
“Report” xəbər verir ki, bəyanat Moldova XİN-in rəsmi saytında dərc edilib.
Moldova XİN həlak olanların ailələrinə başsağlığı verib və tərəfləri güc tətbiq etməkdən çəkinməyə, vəziyyətin kəskinləşməsinin qarşısını almaq üçün səyləri davam etdirməyə və beynəlxalq hüququn prinsip və normalarına hörmət əsasında uzunmüddətli siyasi həll yolu tapmağa çağırıb.
“Moldova Respublikası münaqişənin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə həll edilməsinin tərəfdarıdır”, - bəyanatda bildirilib.
Son xəbərlər
23:11
Tramp: Rodriqes Maduronun taleyini yaşamaq riski daşıyır
Digər ölkələr22:58
İngiltərə Premyer Liqası: "Tottenhem" "Sanderlend"lə heç-heçə edib
Futbol22:41
KİV: Almaniya kəşfiyyatı Obama, Hillari Klinton və ABŞ hərbçilərinin telefon danışıqlarını dinləyib
Digər ölkələr22:19
Tramp: ABŞ Qrenlandiyaya müdafiə üçün nəzarət etməlidir
Digər ölkələr21:53
Ərdoğan ilə Məhəmməd bin Salman Somali, Yəmən və Qəzzanı müzakirə ediblər
Region21:46
ABŞ dövlət katibi: Venesuela İran və "Hizbullah" üçün məskən olmamalıdır
Digər ölkələr21:17
Rubio: ABŞ silahlı qüvvələrinin Venesuelada quru əməliyyatı keçirəcəyi istisna olunmur
Digər ölkələr20:58
Video
Türkiyə Qara dənizdə yeni kəşfiyyat quyuları qazacaq
Region20:52