İlham Əliyev: "Ermənistan bütün müsəlman aləminə nifrətlə yanaşır"

İlham Əliyev: "Ermənistan bütün müsəlman aləminə nifrətlə yanaşır" “İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib”
Qarabağ
2 Noyabr , 2020 14:17
İlham Əliyev: Ermənistan bütün müsəlman aləminə nifrətlə yanaşır
Prezident İlham Əliyev
0 : 00
0 : 00

“İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman deyib.

“Zəngilan rayonunda işğal edilmiş ərazilərdə bir məsciddə ermənilər donuz saxlayırlar – internetdə videogörüntülər var. Bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır. Əks təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi