Fransalı parlamentarilər Gəncəyə səfər ediblər

Fransalı parlamentarilər Gəncəyə səfər ediblər Azərbaycanda səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.
Qarabağ
13 Noyabr , 2020 16:00
Fransalı parlamentarilər Gəncəyə səfər ediblər
0 : 00
0 : 00

Fransa Milli Assambleyasında (parlament) Fransa-Azərbaycan dostluq qrupunun üzvləri Gəncəyə səfər edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber, qrupun katibi Jan-Lük Reitser və Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Ermənistan ərazisindən Gəncə şəhərinə atılan raketlər nəticəsində dağılmış ərazilərə baş çəkiblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqlara faciə ilə bağlı ətraflı məlumat verib.

14:12

Azərbaycanda səfərdə olan Fransa Milli Assambleyasının nümayəndə heyəti Gəncə şəhərinə səfər edib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, fransalı senatorlar Gəncədə ermənilər tərəfindən atılan raketlər nəticəsində dağılmış ərazilərə baş çəkib, faciənin fəsadları ilə yerindəcə tanış olublar.

Onlar hadisə zamanı həlak olan şəxslərin xatirəsinə hörmət əlaməti olaraq əraziyə güllər düzüblər.

Son xəbərlər

Orphus sistemi