Fransalı professor Ermənistanın Azərbaycana qarşı müharibə aparmasını pisləyib

Fransalı professor Ermənistanın Azərbaycana qarşı müharibə aparmasını pisləyib “Ermənistan beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin əleyhinə gedərək Azərbaycanla müharibə aparır“.
Dağlıq Qarabağ münaqişəsi
8823
28 Sentyabr , 2020 16:06
Fransalı professor Ermənistanın Azərbaycana qarşı müharibə aparmasını pisləyib
Frederik Treffel

“Ermənistan beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin əleyhinə gedərək Azərbaycanla müharibə aparır“.

Bunu “Report”un Fransa bürosuna açıqlamasında Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.

O, Ermənistanın işğal etdiyi torpaqlarda Azərbaycana qarşı apardığı müharibə siyasətini qəti pisləyib: “Ermənistan təcavüzkar siyasətindən əl çəkərək müharibə aparmaq siyasətinə başlayıb. Ermənistan beynəlxalq hüquq və beynəlxalq ictimaiyyətin əleyhinə gedərək Azərbaycan ilə müharibəyə girib. O, regionun aparıcı aktyorlarının təmsil olunduğu Minsk qrupu tərkibində danışıqlar aparmaqla sülh yolu ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmaqdansa, silaha əl atmağa üstünlük verir“ - professor bildirib. 

Fransalı professor Ermənistanın tezliklə təcavüzkar siyasətindən əl çəkərək danışıqlar stoluna üz tutacağına ümid etdiyini bildirib: “Sülhə yalnız hər iki tərəfin səyi və istəyi olduqda nail olmaq mümkündür: "Ümid edək ki, Ermənistan beynəlxalq hüquq normalarına hörmət edərək müharibəni tezliklə dayandıracaq və işğal altındakı torpaqlardan çıxacaq".

Son xəbərlər

Orphus sistemi