Yuxarı

Elmar Məmmədyarov: "Rusiyalı həmkarımla Dağlıq Qarabağ nizamlanmasını müzakirə etmək niyyətindəyəm"

​Elmar Məmmədyarov: "Rusiyalı həmkarımla Dağlıq Qarabağ nizamlanmasını
© Report / Firi Salim — Elmar Məmmədyarov

Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Elmar Məmmədyarov ilə Sergey Lavrov Bakıda baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini və ikitərəfli məsələləri müzakirə edirlər.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Görüşdə Azərbaycan Xarici İşlər naziri rusiyalı həmkarı ilə Dağlıq Qarabağ nizamlanmasını və ikitərəfli münasibətləri, o cümlədən iqtisadi məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.

S.Lavrov Rusiya ilə Azərbaycan arasındakı əlaqələrin əsasını iqtisadiyyat təşkil etdiyini vurğulayıb.

"Ticarət sürətlə böyüyür. Düşünürəm ki, bu il əmtəə dövriyyəsində 3 milyard dollara çatacağıq. Rusiya tərəfdən Azərbaycana 1,5 milyard dollar investisiya qoyulub. Rusiyadakı Azərbaycan sərmayələri də çox əhəmiyyətlidir", - rusiyalı nazir söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi