Yuxarı

Elmar Məmmədyarov

 - 

Xarici İşlər naziri



2009

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Komandor” ordeni ilə təltif olunub.

2004

2 aprel 2004-cü ildən Azərbaycan Respublikasının Xarici İşlər Naziri vəzifəsində çalışır.

2003

2003-cü ildə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi ilə təltif olunub. 2003-2004-cü illərdə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri olub.

1998

1998-2003-cü illərdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi, müşavir vəzifəsində çalışıb.

1995

1995-1998-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Beynəlxalq təşkilatlar idarəsinin rəisi vəzifəsində çalışıb.

1991

1991-1992-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, Dövlət Protokolu şöbəsinin müdiri vəzifəsində çalışıb.

1988

1988-1991-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix elmləri namizədi elmi adını alıb.

1982

1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində 2-ci katib, 1-ci katib olub.

1977

1977-1982-ci illərdə Kiyev Dövlət Universiteti, Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq bölməsində təhsil alıb.

1960

Elmar Məhərrəm oğlu Məmmədyarov 1960-cı il iyulun 2-də Bakı şəhərində anadan olub.