Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Vyanada görüşü olub - YENİLƏNİB-2

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Vyanada görüşü olub - YENİLƏNİB-2 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.
Qarabağ
29 Mart , 2019 19:22
Azərbaycan Prezidenti ilə Ermənistanın Baş nazirinin Vyanada görüşü olub - YENİLƏNİB-2

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 29-da Vyanada Ermənistan-Azərbaycan münaqişəsinin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü olub.

"Report" xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın təkbətək görüşü keçirilib.

Sonra görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə davam edib.


*** 16:56

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 

"Report"un məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, görüş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir. 


*** 14:20

Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

"Report"un məlumatına görə, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

Son xəbərlər

Orphus sistemi