ATƏT PA: Dağlıq Qarabağ üzrə sülh danışıqları təhlükə altına alına bilər
Qarabağ
- 17 iyul, 2020
- 14:57
“Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarını təhlükə altına ala bilər”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ATƏT Parlament Assambleyasının (PA) prezidenti Giorgi Tseretelinin yaydığı bəyanatda deyilir.
O, sərhəddə baş verən hadisələri diqqətlə izlədiyini və məsələ ilə bağlı ATƏT PA-dakı nümayəndə heyətləri və müvafiq beynəlxalq qurumlarla müzakirələr apardığını bildirib.
G.Tsereteli tərəfləri vəziyyətin deeskalasiyası üçün bütün mümkün vasitələrdən istifadə etməyə çağırıb: “Bu gün, təəssüflər olsun ki, biz Azərbaycan və Ermənistan arasında münaqişənin kəskinləşməsini müşahidə edirik. Bu, müharibədən əziyyət çəkən sadə insanların vəziyyətini daha da ağırlaşdırır”.
Son xəbərlər
11:56
İlin son faizini qaçırmayın!
Maliyyə11:54
SOCAR rəqəmsal təhlükəsizlik layihələrini digər emal müəssisələrinə genişləndirəcək
Energetika11:53
Azərbaycanın voleybol hakimləri bu gün avrokubok matçlarında iş başında olacaq
Komanda11:52
Foto
Bakıda memarlıq abidəsi olan binadakı eyvan təbii təsirlərdən uçub - RƏSMİ
Hadisə11:48
AZPROMO: 100-dən çox türk şirkəti Qarabağ və Şərqi Zəngəzurdakı işlərdə iştirak üçün müraciət edib
Biznes11:48
Foto
"Günəşli" sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb
İnfrastruktur11:46
Nobel Sülh Mükafatını Maçadonun qızı alacaq
Maraqlı11:46
Foto
Bərdədə bir qrup keçmiş məcburi köçkün peşə hazırlığına cəlb edilib
Sosial müdafiə11:42