AZPROMO: 100-dən çox türk şirkəti Qarabağ və Şərqi Zəngəzurdakı işlərdə iştirak üçün müraciət edib

Biznes
  • 10 dekabr, 2025
  • 11:48
AZPROMO: 100-dən çox türk şirkəti Qarabağ və Şərqi Zəngəzurdakı işlərdə iştirak üçün müraciət edib

İndiyə qədər 100-dən çox Türkiyə şirkəti Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlərdə iştirak üçün müraciət edib.

"Report" xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən II Azərbaycan-Türkiyə İnvestisiya Forumuna dair mətbuat konfrasında bildirib.

"Azərbaycan ərazilərinin işğaldan azad olunmasından sonra türk şirkətlərinin bərpa və yenidənqurma işlərində böyük aktivliyini görürük. Bildiyiniz kimi, Azərbaycanın Türkiyənin İstanbul şəhərində ticarət nümayəndəsi fəaliyyət göstərir və aktiv şəkildə türk iş adamlarının ölkəmizə səfərlərini təşkil edir. Demək olar ki, hər ay bir neçə nümayəndə heyəti qəbul edirik, imkanlarla tanış edirik. Sahibkarların aidiyyatı sahələrdə həmkarları ilə görüşlərini təşkil edirik. ​Eyni zamanda, investisiya forumu çərçivəsində Azərbaycana gələn türk iş adamlarının iqtisadi zonalara səfərləri təşkil olunacaq və oradakı imkanlarla tanış ediləcəklər", - deyə o qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti