Kanadada təxribat törədən ermənilərin yeri müəyyən edildi

Kanadada təxribat törədən ermənilərin yeri müəyyən edildi Ermənilərin ABŞ-da yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.
Qarabağ
2 Avqust , 2020 18:10
Kanadada təxribat törədən ermənilərin yeri müəyyən edildi

Avqust ayının 1-dən 2-nə keçən gecə Kanadanın Toronto şəhərində yerli erməni icmasının üzvləri soyuq və odlu silahdan istifadə edərək orada yaşayan iki soydaşımıza qarşı növbəti çirkin təxribat törədiblər.

Bu barədə "Report"a Azərbaycanın Kanadadakı səfirliyindən bildirilib.

Məlumatda bildirilir ki, bir qrup erməninin hücumuna müqavimət göstərən iki soydaşımız müəyyən dərəcəli xəsarətlər alıb. Soydaşlarımızın vəziyyəti hazırda sabitdir, bir soydaşımız xəstəxanadadır.

Torontoda yaşayan Azərbaycan icmasının verdiyi məlumata əsasən cinayət yerinə dərhal icma üzvləri və çox sayda polis nəfərləri gəlib. Polis zərər çəkmiş şəxslərdən izahatlar alıb və icma üzvlərimizin məlumatı əsasında təxribatı törədən milliyyətcə erməni şəxslərin yeri müəyyən edilib. Fakt üzrə yerli hüquq-mühafizə orqanları tərəfindən axtarış işləri aparılır və müvafiq tədbirlər həyata keçirilir.

Baş vermiş təxribatla bağlı icma üzvləri dərhal Azərbaycan Respublikasının Kanadadakı səfirliyini məlumatlandırıblar.

Səfirlik Kanadanın müvafiq orqanları ilə məsələni nəzarətdə saxlayır və araşdırmanın nəticələri ilə bağlı məlumat təqdim edəcək.

09:53

Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir.

“Report”un yerli bürosu xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun “North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb.

Şahidlərin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub.

Hadisə ilə əlaqədar Toronto polisi əraziyə cəlb edilib, araşdırma aparılır.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi