Yalçın Rəfiyev Lida Fitts ilə COP29 prioritetlərini müzakirə edib
Yalçın Rəfiyev Lida Fitts ilə COP29 prioritetlərini müzakirə edibCOP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ABŞ xəzinədarlığı katibinin köməkçisinin müavini vəzifəsini icra edən Lida Fitts ilə iqlim maliyyəsi məsələlərini müzakirə edib.
COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ABŞ xəzinədarlığı katibinin köməkçisinin müavini vəzifəsini icra edən Lida Fitts ilə iqlim maliyyəsi məsələlərini müzakirə edib.
"Report" xəbər veber verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Yalçın Rəfiyevlə Lida Fitts arasında məhsuldar görüş keçirilib. Əsas diqqət iqlim maliyyəsinin təşviqi, şəffaflıq və Bakıda keçiriləcək COP29 ərəfəsində konsensusa nail olmağa yönəlib. Əməkdaşlığın genişləndirilməsi və məqsədlərə nail olunması üçün müsbət təkan əldə edilib”, - paylaşımda qeyd edilib.
Productive meeting between Yalchin Rafiyev, COP29 Chief Negotiator, and Lida Fitts, Acting Deputy Assistant Secretary of the U.S. Treasury. Focused on advancing climate finance, transparency, and building consensus ahead of #COP29 in Baku. Positive momentum for enhanced… pic.twitter.com/yf0UxU74v0