Xosrov Zamani: “Anglo-Asian Mining Plc” COP29-da iştirak etməyə hazırdır”

Xosrov Zamani: “Anglo-Asian Mining Plc” COP29-da iştirak etməyə hazırdır” Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak
COP29
17 May , 2024 12:14
Xosrov Zamani: “Anglo-Asian Mining Plc” COP29-da iştirak etməyə hazırdır”

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu Britaniya şirkətinin qeyri-icraçı sədri Xosrov Zamani "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

“COP29-a hazırlıq tam sürətlə davam edir, bəzi hökumətlər artıq konfrans ərəfəsində Bakıda kadr resursları yaratmağa başlayıblar. Şirkət Azərbaycanın öz imkanlarını nümayiş etdirməsi üçün bu fürsəti alqışlayır. Azərbaycanda mühüm biznesi təmsil edən “Anglo-Asian Mining Plc.” lazım gələrsə, konfransda tam şəkildə iştirak etmək niyyətindədir”, - o vurğulayıb.

Qeyd edək ki, “Anglo Asian Mining” hazırda “Gədəbəy” və “Qoşa” müqavilə sahələrində əməliyyat aparır. İlk qızılın hasilatı 2009-cu ildə “Gədəbəy” yatağından başlayıb, 2013-cü ilin sentyabrında şirkət Qoşa müqavilə sahəsinin işlənilməsinə start verib.

Xatırladaq ki, “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi