ÜGT-nin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır

ÜGT-nin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır Ümumdünya Gömrük Təşkilatının (ÜGT) HS (Harmonize Sistem - Uyğunlaşdırılmış Sistem) alt komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ekoloji cəhətdən əhəmiyyətli malların qlobal
COP29
20 Noyabr , 2024 19:30
ÜGT-nin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) HS (Harmonize Sistem - Uyğunlaşdırılmış Sistem) alt komitəsi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ekoloji cəhətdən əhəmiyyətli malların qlobal gömrük təsnifat sistemində görünməsini artırmaq üçün yeni müddəalar hazırlayır.

"Report" xəbər verir ki, bunu ÜGT-nin Tarif və ticarət məsələləri üzrə müvəqqəti direktoru Qael Qrubi (Gael Grooby) COP29 çərçivəsində keçirilən “Yaşıl Gömrük – Aparıcı Gömrük Rəsmilərinin Dialoqu” mövzusunda tədbirdə deyib.

O bildirib ki, bu, gələcəkdə hökumətlərə ticarəti təşviq etmək üçün imkanlar yaradacaq: "Eyni zamanda, Bazel Konvensiyası və Monreal Protokolu çərçivəsində təlimçilərin hazırlanması üçün seminarlar təşkil edilir, təhlükəli tullantıların təhlükəsiz saxlanması və daşınması üçün yeni prosedurlar hazırlanır, plastik tullantıların təsnifatı üzrə onlayn təlimlər keçirilir. COP29-da iqlim müzakirələrinə gömrük və ÜGT-nin daxil edilməsi bu prosesə böyük dəstək göstərir".

Son xəbərlər

Orphus sistemi