Timur Butunbayev: Azərbaycan və Özbəkistan su ehtiyatlarının qorunması prinsipləri məsələlərində fəal əməkdaşlıq edir

Timur Butunbayev: Azərbaycan və Özbəkistan su ehtiyatlarının qorunması prinsipləri məsələlərində fəal əməkdaşlıq edir Özbəkistan və Azərbaycan su ehtiyatlarının qorunması, dayazlaşma və səhralaşma ilə mübarizə məsələlərində fəal təcrübə mübadiləsi aparırlar.
COP29
18 Noyabr , 2024 13:02
Timur Butunbayev: Azərbaycan və Özbəkistan su ehtiyatlarının qorunması prinsipləri məsələlərində fəal əməkdaşlıq edir
Timur Butunbayev

Azərbaycan və Özbəkistan su ehtiyatlarının qorunması, dayazlaşma və səhralaşma ilə mübarizə məsələlərində fəal təcrübə mübadiləsi aparırlar.

Bunu "Report"a eksklüziv açıqlamasında Özbəkistanın su təsərrüfatı nazirinin birinci müavini Timur Butunbayev deyib.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqlim məsələlərinin təşviqində və su ehtiyatlarının qorunmasında Azərbaycanın rolunu xüsusilə vurğulayıb. Məncə, perspektivlər genişdir, hər şey nazirliklərdən, özəl sektordan, əməkdaşlığımızı necə təşkil etməyimizdən asılıdır”, - o bildirib.

T.Butunbayev bildirib ki, Aral və Xəzər dənizləri problemi gündəlikdədir və bu sahədə qarşılıqlı fəaliyyət üçün imkanlar açır.

Suya qənaət texnologiyaları sahəsində görülən işlərdən danışan T.Butunbayev iki ölkə arasında həm nazirliklər, həm də özəl sektor səviyyəsində əlaqələrin qurulduğunu vurğulayıb.

Nazir müavini beynəlxalq ictimaiyyətin də cəlb olunmasının vacibliyini vurğulayaraq iqlim konfranslarında səhralaşma və suyun mühafizəsi problemlərinin daha tez-tez qaldırılmalı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi