Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək

Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfirliyi ilə birgə oktyabrın 22-də “BƏƏ-dən Azərbaycana: COP29-un gözləntiləri və çağırışları” adlı onlayn vebinar keçirəcək.
COP29
14 Oktyabr , 2024 14:44
Sinqapur Tədqiqat İnstitutu və BƏƏ səfirliyi COP29 üzrə onlayn vebinar keçirəcək

Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bu ölkədəki səfirliyi ilə birgə oktyabrın 22-də “BƏƏ-dən Azərbaycana: COP29-un gözləntiləri və çağırışları” adlı onlayn vebinar keçirəcək.

“Report” xəbər verir ki, vebinar noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində keçirilir.

Tədbirdə 2023-cü ildə Dubayda baş tutan COP28-in əsas nəticələri, COP29 üçün gözləntilər, iqlim maliyyəsi və qalıq yanacaqdan imtina ilə bağlı konsensusun əldə edilməsi imkanları müzakirə olunacaq.

Vebinarın məruzəçilərinə Sinqapur Ticarət və Sənaye Nazirliyinin nümayəndəsi Piter Qovindasami, COP28 komitəsinin nümayəndəsi Tureyya Alali və Sinqapur Milli Universiteti yanında Yaxın Şərq Tədqiqat İnstitutunun əməkdaşı (moderator) Ayşa Al-Sarihi daxildir.

Son xəbərlər

Orphus sistemi