Təşkilat Komitəsinin üzvü: COP29 Azərbaycanın iqlim dəyişməsinə həssaslığının bariz nümunəsidir

Təşkilat Komitəsinin üzvü: COP29 Azərbaycanın iqlim dəyişməsinə həssaslığının bariz nümunəsidir COP29 Azərbaycanın iqlim dəyişməsinə həssaslığının bariz nümunəsidir.
COP29
23 Avqust , 2024 12:36
Təşkilat Komitəsinin üzvü: COP29 Azərbaycanın iqlim dəyişməsinə həssaslığının bariz nümunəsidir

COP29 Azərbaycanın iqlim dəyişməsinə həssaslığının bariz nümunəsidir.

"Report" xəbər verir ki, bunu COP29 Təşkilat Komitəsinin üzvü Sevinc Fətəliyeva “Yaşıl dünyada qadınların təhsili: dünəndən bu günə” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, iqlim dəyişikliyi ilə daha da ağırlaşan vəziyyət qadınların iş prosesinə birbaşa təsir edir: "Qadınlar təbii ehtiyatların idarə edilməsində aparıcı rol oynayırlar. Belə ki, onlar yaşıl texnologiyalar və yaşıl dünyanın inkişafına doğru atılan addımlarda heç də geridə qalmır. 2015-ci il Paris Sazişində qadınların bu sahələrdə fəaliyyətinin artırılması məsələsi də qaldırılıb".

Komitə üzvü dünyada iqlim dəyişmələri üzrə konfrans və tədbirlərdə yetərincə qadın iştirak etdiyini vurğulayıb: "Azərbaycanda da bu say artmaqdadır. COP29 təşkilat komitəsində də peşəkar qadınların bir araya gəlməsi ölkəmizin bu sahədə inkişaf yolunda olduğunu göstərir".

Son xəbərlər

Orphus sistemi