Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir

Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir.
COP29
10 Oktyabr , 2024 10:41
Saymon Stil: Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir

Maliyyə iqlim gündəliyində ən vacib mövzulardan biridir.

"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışında deyib.

Onun sözlərinə görə, COP29 konkret nəticələrə nail olmağa kömək edən stimullaşdırıcı konfrans olmalıdır.

"Bu, ötən il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tarixi konsensus çərçivəsində götürülmüş öhdəlikləri həyata keçirməyə və real iqtisadiyyata fayda verməyə kömək edəcək. Aydındır ki, maliyyə bu il konkret nəticələrə nail olmaqda əsas rol oynayır", - S.Stil vurğulayıb.

O qeyd edib ki, COP29 həm də 6-cı Maddə üzrə iddialı nəticələrin əldə olunmasını təmin etməlidir: “Bu işi səmərəli və vicdanla yerinə yetirməyin vaxtıdır. Bu COP-un stimullaşdırıcı olmalı olduğunu deyərkən, həm də hər bir hökumətin indi Paris Sazişində nəzərdə tutulmuş əsas siyasi alətlər üzərində aparmalı olduğu işin səmərəliliyini artırmalı olduğunu nəzərdə tuturam”.

Son xəbərlər

Orphus sistemi