Ramil İsgəndərli: COP29 ərəfəsində keçirilən bu tədbir yerli QHT-lərin yaşıl dünyaya töhfəsidir

COP29
  • 01 noyabr, 2024
  • 11:55
Ramil İsgəndərli: COP29 ərəfəsində keçirilən bu tədbir yerli QHT-lərin yaşıl dünyaya töhfəsidir
Ramil İsgəndərli

Bakıda – Dənizkənarı Bulvarda keçirilən “COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” adlı tədbir və yürüşü QHT-lərin yaşıl dünyaya töhfəsidir.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli deyib.

Onun sözlərinə görə, sözügedən tədbir QHT-lərin yaşıl hərəkata töhfəsidir:

“Bugünkü tədbir Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi, Milli Qeyri-Hökumət Təşkilatları Forumu və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilir.

Burada inklüzivlik və ictimai iştirakçılıq baxımından əlilliyi olan şəxslərin təşkilatları, QHT-lər və velosipedçilər təmsil olunur. Aksiyada QHT üzvləri müəyyən marşrut üzrə yürüş edib, velosiped sürəcəklər”.

R.İsgəndərli tədbirin əsas məqsədinin Azərbaycanda keçiriləcək COP29 konfransı ilə əlaqədar QHT-lərin də yaşıl dünyaya töhfə vermələri olduğunu bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti