COP29-da ABŞ-nin əsas mesajı ondan ibarətdir ki, “təmiz enerji”yə keçid və iqlim dəyişikliyi ilə mübarizə Ağ Evdə kimin olmasından asılı olmayaraq davam edir.
Bu barədə ABŞ-nin energetika naziri Cennifer Qrenholm mətbuat konfransında “Report”un sualını cavablandırarkən bildirib.
Nazir qeyd edib ki, ABŞ-də enerji keçidi özəl sektor və QHT-lərin də iştirakı ilə submilli səviyyədə həyata keçirilir: "Ağ Evdə rəhbərliyin dəyişməsi enerji keçidinə təsir etmir. ABŞ-nin iqlim sahəsində siyasətdən imtina etməsini geri çəkilmək üçün səbəb kimi göstərən ölkələrə deyə bilərəm ki, bu, belə deyil. Mümkün boşluğu doldurmaq üçün prosesi sürətləndirmək vaxtı çatıb. Amma əslində, keçid dövrü artıq başlayıb və geriyə dönüş yoxdur".