Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir

Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər çox vacibdir.
COP29
11 Oktyabr , 2024 16:49
Qırğız Prezidentinin xüsusi nümayəndəsi: Azərbaycanın COP29 çərçivəsindəki təşəbbüsləri çox vacibdir
Dinara Kemelova

Azərbaycanın COP29 çərçivəsində irəli sürdüyü təşəbbüslər çox vacibdir.

"Report" xəbər verir ki, bunu Qırğız Respublikası Prezidentinin xüsusi nümayəndəsi Dinara Kemelova Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, dünya ölkələri baş verən təbii fəlakətlərə qarşı tədbirli olmalı, öz əhalisini bu istiqamətdə maarifləndirməlidir:

"COP29 çərçivəsində baş verə biləcək iqlim fəlakətlərinə hazırlıq məsələsini müzakirə etməliyik. Dünya ölkələri BMT-nin iqlimlə bağlı qətnamələrinə dəstək verməlidir. Biz bu istiqamətdə çox işləməliyik ki, insanlara və təbiətə dəyən ziyanı azaldaq".

O həmçinin vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verə biləcək təbii fəlakətlərlə mübarizədə alətlərin azlığı narahatedici məqamdır:
"Düşünürəm ki, yeni alətlər tapmalıyıq. Məsələn, Qırğızıstanda təbii fəlakət baş verərkən insanlar nə etməli olduqlarını bilmirdilər. Bu cür hadisələrin mənfi nəticələri ilə mübarizə aparmalıyıq".

Son xəbərlər

Orphus sistemi