Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
- 05 noyabr, 2026
- 02:48
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sabah" komandası Norveçə yaxşı səviyyədə hazırlaşaraq gəlmişdi.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveç təmsilçisi "Vikinq"ə qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:
"Bura Çempionlar Liqasıdır və görüşlər çətin keçir. Biz Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik. İlk hissədə tamamı ilə bərabər səviyyədə oyun izlədik. Hər iki komanda əlinə düşən qol fürsətlərindən yararlandı. İkinci hissədə bir qədər açıq oyuna şahidlik etdik. Onlar təkbə-tək mübarizələrəd daha üstün idilər. Belə matçlarda sürətə fikir vemrək gərəkdir".
O, komandasının meydanda azlıqda qalmasından sonra belə başa-baş mübarizənin davam etdiyini söyləyib:
"Təəssüf ki, buraxdığımız qol bizi məğlubiyyətə apardı. Halbuki, azlıqda qalsaq belə yaxşı çıxış edirdik. Dediyim kimi, bura Çempionlar Liqasıdır və səviyyə tam başqadır. Kiçik bir səhvlə qapımızda qol görə bilərik".
Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.